“Sumqayıt”ın baş məşqçisi hakimləri təhqir edib

“Sumqayıt”ın baş məşqçisi hakimləri təhqir edib
# 07 mart 2016 13:29 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən toplantıda ölkə kubokunun 1/4 mərhələsinin ilk oyunları və Topaz Premyer Liqasının XXIV turunun qarşılaşmalarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

Kubokun “Rəvan”la görüşündə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “İnter” min manat cərimə olunub. “Xəzər Lənkəran” – “Neftçi” oyununun ilk yarısında meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün “aə-yaşıllar” min manat ziyana düşüb.

“Qarabağ” – “Sumqayıt” matçı başa çatdıqdan sonra qonaqların baş məşqçisi Samir Abasov meydançaya daxil olaraq hakimlər briqadasını təhqir edib. Bu səbəbdən çalışdırıcı 5 oyun cəzalanıb və klubu 5000 manat xərcə salıb.

Topaz Premyer Liqasının “Xəzər Lənkəran” – AZAL matçında paytaxt təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün bakılılar 1000 manat ödəyəcək. “Neftçi” – “Qəbələ” oyununun 80-ci dəqiqəsində aşkar kobudluğa görə qırmızı vərəqə alan Jario Rodriges 2 turluq cəzalanıb, “ağ-qaralar”ı 2000 manat cəriməyə məruz qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR