Meksikada avtomobil qəzasında 13 nəfər diri-diri yanıb

Meksikada avtomobil qəzasında 13 nəfər diri-diri yanıb
# 01 oktyabr 2016 23:34 (UTC +04:00)

Bakı-APA. Meksikada sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 13 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Verakrus-Kordoba yolunda baş verib. Qəza nəticəsində avtobusda yanğın baş verib. Məlumata görə, alovun sürətlə yayılması səbəbindən yalnız bir sərnişin avtobusu tərk edərək xilas ola bilib. Bu şəxsin Meksika Baş Qərargahının ehtiyatda olan generalı və Tabasko ştatının sabiq ictimai təhlükəsizlik naziri Audomaro Martines olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR