Yəməndə yas mərasiminə endirilən zərbələr nəticəsində 213 nəfər ölüb - YENİLƏNİB-2

Yəməndə yas mərasiminə endirilən zərbələr nəticəsində 213 nəfər ölüb  - <span style="color: red;">YENİLƏNİB-2
# 09 oktyabr 2016 00:47 (UTC +04:00)

Bakı-APA. Yəmənin paytaxtında yas mərasiminə endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 213 nəfərə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Mayədin” telekanalı məlumat yayıb.

Üsyançı husilər zərbənin endirilməsində ərəb koalisiyasını ittiham edib, lakin koalisiya hadisə ilə əlaqəsi olmadığını iddia edir.

Üsyançıların rəsmi nümayəndəsi Məhəmməd Əbdül-Salam bildirib ki, yas mərasiminin bombardman olunması koalisiya tərəfindən törədilən növbəti soyqırımı aktıdır.

Xatırladaq ki, Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla mübarizədə Yəmən hökumətinə dəstək verir.

***** 22.52

Bakı-APA. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin paytaxtında yas mərasiminə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə üsyançı husilərin rəsmi nümayəndəsi Məhəmməd Əbdül-Salam bildirib. Onun sözlərinə görə, yas mərasiminin bombardman olunması koalisiya tərəfindən törədilən növbəti soyqırımı aktıdır.

Zərbələr nəticəsində 534 nəfərin yaralandığı bildirilir. Ölənlərin sayının artacağı istisna olunmur.

***** 20.50

Bakı-APA. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərində yas mərasiminin keçirildiyi əraziyə aviazərbələr endirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 45 nəfər ölüb, 100-dək adam xəsarət alıb.

“Saba” agentliyi, öz növbəsində, ölən və yaralananların sayının 450 nəfər olduğunu bildirir.

Xatırladaq ki, Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən hökumətinə dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR