Nəsimi Ağayev: “Azərbaycan Avropanın qaçqın böhranını aradan qaldırması ilə bağlı yollar təklif edə bilər”

Nəsimi Ağayev: “Azərbaycan Avropanın qaçqın böhranını aradan qaldırması ilə bağlı yollar təklif edə bilər”
# 06 oktyabr 2015 07:16 (UTC +04:00)

“Milyonlarla insan üçün 3 yaşındakı qırmızı köynəkli, göy şortikli ?, qara idman ayaqqabıları geyinmiş, körpələrə xas şəkildə üzü aşağı uzanan suriyalı oğlan Aylanın şəkillərini unutmaq çətindir. Aralıq dənizində boğulan Aylanın şəkilləri bütün dünyanı silkələdi və Avropanı sərhədləri yaxınlığında baş verən humanitar böhranın acı reallıqlarına gözlərini açmağa məcbur etdi. Hər həyat qiymətli olduğu üçün hər hansı böhranın miqyası mühakimə edilə bilməsə də, diplomatlar və dünyanın digər yerlərindən olan liderlərin bu çətin vaxtlarda humanitar böhranları aradan qaldırmaq üçün yollar tapması vacibdir. Və biz bunu çox cəld etməliyik. Müharibə və dağıntılar nəticəsində qaçqın köçü azalmağa doğru getmir.

Cavablar yaxın deyil. Bir çox siyasətçi və hökumətlər isə məsuliyyətdən yayınaraq ya hasarlar tikir, ya da gözyaşardıcı qazlar vasitəsilə ümidsiz qaçqınları geri çəkilməyə məcbur edir. Belə vaxtda bizim hər şeydən çox mərhəmətə ehtiyacımız var, baryerlər və ittihamlara deyil. Və ola bilsin ki, kiçik dünyəvi müsəlman dövləti belə çətin vaxtlarda Avropanın bu problemləri necə aradan qaldırması ilə bağlı istiqamətlər təklif edə bilər.

Mənim ölkəm Azərbaycan belə faciə və münaqişələrdən canını qurtaran qaçqın problemi ilə yaxından tanışdır. 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qeyri-qanuni işğalı və etnik təmizləmə 1 milyondan çox azərbaycanlının məcburi şəkildə qaçmasına gətirib çıxarıb. Bu isə Azərbaycanın o zamankı əhalisinin 15%- i idi.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR