NATO baş katibi: “Gürcüstanın alyansa üzv olmaq istəyini dəstəkləyirik”

NATO baş katibi: “Gürcüstanın alyansa üzv olmaq istəyini dəstəkləyirik”
# 02 dekabr 2015 12:59 (UTC +04:00)

Bakı – APA. “NATO Gürcüstanın alyansa üzv olmaq istəyini dəstəkləyir”.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.

O, rəhbərlik etdiyi qurumun Gürcüstanla siyasi dialoqu genişləndirdiyini qeyd edib.

“Biz əvvəlki kimi Gürcüstanın NATO üzvlüyünə cəhdlərini dəstəkləyirik. Bu gün biz gördük ki, NATO-nun qapıları yenə açıqdır. Gürcüstanla bir sıra sahələr üzrə birgə çalışırıq. Biz kommünike çap edəcəyik, üzərimizə yeni öhdəliklər götürəcəyik və dəstəyimizi ifadə edəcəyik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR