Məhkəmə dövlət komitəsinə qarşı iddianı təmin etməyib

Məhkəmə dövlət komitəsinə qarşı iddianı təmin etməyib
# 30 may 2016 09:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xətai rayon Məhkəməsində “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri üzrə Ərazi idarəsi və Zəfər Murtuzov adlı şəxsə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə iddianın rədd edilməsi barədə qətnamə çıxarıb.

Qeyd edək ki, müəssisə daşımaz əmlakın icarəyə verilməsi haqqında icra müqaviləsinin və qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə iddia qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR