Bakıda "Malların buraxılması və rəsmiləşdirilməsi" mövzusunda seminar başlayıb

Bakıda "Malların buraxılması və rəsmiləşdirilməsi" mövzusunda seminar başlayıb
# 01 dekabr 2015 10:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Avropa Regional Ofisində "Malların buraxılması və rəsmiləşdirilməsi" mövzusunda seminar öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ÜGT-nin dəstəyi ilə keçirilən seminarda Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edir.

Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov Kioto Konvensiyasına qoşulduqdan sonra Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə məlumat verib. C. Qasımov ötən müddət ərzində gömrük qanunvericiliyinin təkmilləşdirildiyini, yeni Gömrük Məcəlləsinin tətbiqinə başlanıldığını və 40-dan çox normativ-hüquqi aktların qəbul edildiyini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Dekabrın 4-dək davam edəcək seminarda ÜGT-nin ekspertləri Oluimo Da Silva və Changsheng Li “Dəyişdirilmiş redaksiyada Kioto Konvensiyasının razılığa gələn tərəflərinin hüquq və öhdəlikləri”, “Dəyişdirilmiş redaksiyada Kioto Konvensiyası barədə ən son müzakirələr”, “Baş əlavəyə dair təqdimat”, “Dəyişdirilmiş redaksiyada Kioto Konvensiyasının gömrük brokerlərinə aid xüsusi müddəaları”, “Rəsmiləşdirmə və malların buraxılışı”, “Gömrük brokerləri ilə bağlı ən son müzakirələr” və digər mövzularda iştirakçılara ətraflı məlumat verəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR