Gəncədə bir ay əvvəl evdən xeyli miqdarda oğurluq edən şəxslər tutulub

Gəncədə bir ay əvvəl evdən xeyli miqdarda oğurluq edən şəxslər tutulub
# 13 fevral 2016 09:44 (UTC +04:00)

Bakı-APA. Gəncədə bir ay əvvəl baş verən oğurluq hadisəsinin üstü açılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərinin Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də şəhər sakini Şəfəq Hüseynovaya məxsus evdən 50 manat və 20 000 manat dəyərində qızıl əşyalar oğurlamış həmyerliləri, əvvəllər məhkum olunmuş Zaur Mehdiyev, Seymur Mədətov, Vaqif Bəhlulzadə, Göygöl rayon sakinləri İsmət Musayev tutulub. Daha 1 nəfər isə müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR