İspaniya klubu futbolçusunu Azərbaycan yığmasına buraxmadı

İspaniya klubu futbolçusunu Azərbaycan yığmasına buraxmadı
# 16 mart 2016 11:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Eddi İsrafilov martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.

Buna onun çıxış etdiyi “Kordoba” klubunun baş məşqçisinin futbolçunun Azərbaycan millisinin toplanışında iştirak etməməsi ilə bağlı müraciəti səbəb olub. İspaniya çempionatının yüksək liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan komandanın çalışdırıcısı Eddinin vacib matçlarda klubun düşərgəsində qalmasını istəyib.

Millimizin baş məşqçisi Robert Prosineçki həmkarının müraciəti müsbət cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR