Göyçay sakini həmkəndlisini güllələyib

Göyçay sakini həmkəndlisini güllələyib
# 29 iyun 2016 12:11 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayon sakinləri arasında silahlı insident baş verib, bir nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində baş verib.

Göyçay rayonunun İnçə kənd sakinləri Zaur Cabbarov və Namiq Hacıyev Qarabucaq kəndinə ov etməyə gediblər. Dostlar ov etdikdən sonra əldə etdikləri qəniməti bölə bilməyiblər və aralarında yaranan mübahisə zamanı Namiq Hacıyev ov tüfəngindən Zaur Cabbarova atəş açıb. Qarın boşluğundan ağır xəsarət alan Zaur Cabbarov Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR