Çinin neft-qaz sektorunun ikinci ən iri oyunçusu bəzi yataqlarda hasilatı dayandırır

Çinin neft-qaz sektorunun ikinci ən iri oyunçusu bəzi yataqlarda hasilatı dayandırır
# 02 iyun 2016 15:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Çinin "Sinopec" neft-kimya korporasiyası enerji daşıyıcılarının kəskin ucuzlaşması səbəbindən müvəqqəti olaraq bəzi neft yataqlarında hasilatı dayandıra bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə korporasiyanın rəsmi nümayəndəsi Lyu Dapen deyib.

"Əlbəttə ki, neftin qiymətinin aşağı olması bizim istehsalımıza təsir edir. Çünki bizim neftin keyfiyyəti Rusiyada hasil olunan xam neftin keyfiyyətindən aşağıdır. Buna görə, bizim yataqlarda hasilatın maya dəyəri nisbətən yüksəkdir", - deyə L. Dapen qeyd edib.

Bununla yanaşı, o qeyd edib ki, "Sinopec" iri yataqlarda hasilatı dayandırmaq niyyətində deyil, çünki "neftin qiymətinin artacağına inanır".

Qeyd edək ki, "Sinopec" Çinin neft-qaz sektorunda "PetroChina"dan sonra ikinci iri şirkətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR