Azərbaycanda məktəbli döyülüb

Azərbaycanda məktəbli döyülüb
# 09 fevral 2016 06:04 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə orta məktəb şagirdi döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayon sakini, 2000-ci il təvəllüdlü Sahib İsmayılov bədənin müxtəlif nahiyələrinin və üz nahiyəsinin xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. S. İsmayılov bildirib ki, o, oxuduğu məktəbin yaxınlığında parkda döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR