Bakıda saxta əskinaslar aşkarlanıb

Bakıda saxta əskinaslar aşkarlanıb
# 11 noyabr 2015 10:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda saxta əskinasların hazırlanması faktı qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Cəlilovdan 39 ədəd saxta 20 manatlıq əskinas götürülüb. Onun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd “HP” markalı rəngli printer aşkar edilİb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR