Bakı. Cavid Zeynallı – APA. Xalq artisti İlhamə Quliyeva mətbuat konfransı keçirəcək. APA-nın məlumatına görə, konfransda İ. Quliyeva həyatına edilən sui-qəsdlə bağlı açıqlama verəcək, bu barədə sualları cavablandıracaq.
Qeyd edək ki, xalq artisti keçmiş köməkçisi Mehriban Bəylərqızını (Hüseynova) onun həyatına sui-qəsd etməkdə ittiham edir.