Həbsxanalarda narkomaniya əleyhinə tədbirlərin keçirilməsinə dair Plan təsdiqlənib

Həbsxanalarda narkomaniya əleyhinə tədbirlərin keçirilməsinə dair Plan  təsdiqlənib
# 16 mart 2016 08:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi və təsirliyinin artırılması o cümlədən qeyd olunan istiqamətdə görülən işlərin davamlı və birgə həyata keçirilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında “Tədbirlər Planı” hazırlanaraq təsdiqlənib.

İşçi Qrupundan APA-ya verilən məlumata görə, “Tədbirlər Planı”na uyğun olaraq, cari il ərzində cəzaçəkmə müəssisələrində narkomanlıq, həmçinin QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı mövzularında təbliğat və maarifləndirmə xarakterli tədbirlər keçiriləcək.

Eyni zamanda cari il ərzində cəzaçəkmə müəssisələrində narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası mövzularında təbliğat və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR