Gəncədə 18 yaşlı oğlan bıçaqlanıb

Gəncədə 18 yaşlı oğlan bıçaqlanıb
# 16 oktyabr 2015 17:04 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bıçaqlanan şəxs, 1997-ci il təvəllüdlü Əliyev Şəhriyar döş nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Gəncin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR