Kreml Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasına reaksiya verib, Putin bəyanatla çıxış edəcək

Kreml Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasına reaksiya verib, Putin bəyanatla çıxış edəcək
# 24 noyabr 2015 11:50 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov Suriya-Türkiyə sərhədində baş vermiş hadisəni ciddi insident adlandırıb.

"Hələlik Müdafiə Nazirliyimizdən təyyarəmizin düşmə səbəbləri barədə heç nə eşitməmişik. Dəqiq bilirik ki, təyyarə Suriyanın hava məkanında olub", - deyə o vurğulayıb.

Peskov qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında təyyarənin vurulduğu iddia olunur. Ona görə də, məlumatın dəqiqləşdirilməsinə qədər Rusiyanın reaksiyasını müzakirə etmək faydasızdır: “Bu barədə tam məlumat olmadan danışmaq düzgün deyil".

Kremlin mətbuat katibi həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin Su-24 təyyarəsinin vurulması ilə bağlı bəyanat verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR