Azərbaycanda qızıl istehsalı bir ildə 19% artıb

Azərbaycanda qızıl istehsalı bir ildə 19% artıb
# 21 yanvar 2016 07:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda 2 229,3 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2014-cü illə müqayisədə 19,1% çoxdur. Nəticədə bu ilin yanvarın 1-nə 43,4 kq hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində ölkədə 137,9 kq gümüş istehsal edilib ki, bu da 2014-cü ilin 12 ayı ilə müqayisədə 42,4% azdır. Nəticədə bu ilin yanvarın 1-nə 23,9 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR