Boliviyada təyyarə bazara düşüb, ölənlər var

Boliviyada təyyarə bazara düşüb, ölənlər var
# 13 mart 2016 23:23 (UTC +04:00)

Bakı-APA. Boliviyada yüngül motorlu təyyarənin bazara düşməsi nəticəsində azı 6 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, insident ölkənin şimal-şərq bölgəsindəki Del Yakuma yaşayış məntəqəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı təyyarənin pilotu və üç sərnişinin, eləcə də yerdə olan iki qadın satıcı ölüb. Xəsarət alanlar isə bazarda alış-veriş edənlər və satıcılardır.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR