Futbol üzrə Argentina yığmasının yeni baş məşqçisi bəlli olub

Futbol üzrə Argentina yığmasının yeni baş məşqçisi bəlli olub
# 02 avqust 2016 01:06 (UTC +04:00)

Bakı-APA. Braziliyanın “San-Paulu” klubuna rəhbərlik edən Edqardo Bausa Argentina yığmasının yeni baş məşqçisi təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə İspaniyanın “As” nəşri yazıb.

58 yaşlı mütəxəssis Amerika Kubokunun finalından sonra vəzifəsindən istefa verən Herardo Martinonu əvəzləyəcək. Yaxın günlərdə E.Bausanın təyinatına dair rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, Edqardo Bausa 2008-ci ildə Ekvadorun “Kito”, 2014-cü ildə isə Argentinanın “San-Lorenso” klubu ilə Libertadores Kubokunun qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR