Gürcüstan yanvarda Azərbaycandan idxal etdiyi qazın həcmini açıqlayıb

Gürcüstan yanvarda Azərbaycandan idxal etdiyi qazın həcmini açıqlayıb
# 23 fevral 2016 13:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 40 579,3 min dollar dəyərində 194 975,2 kubmetr yanacaq qazı və digər qazlar idxal edib. Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 14,46% çoxdur. 2015-ci ilin yanvar ayı illə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından isə 13,73% artıb.

Ötən ay ərzində Gürcüstan Azərbaycandan 3 736,9 min dollar dəyərində 13 302,3 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, daha öncəki ilin eyni ayı ilə müqayisədə 8,30% azdır. 2015-ci ilin yanvar ayı ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 43,94% azdır.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 82,04%-i yanacaq qazı və digər qazlar, 7,58%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.

Xatırladaq ki, ötən ay Azərbaycandan Gürcüstana 49 460,5 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 2,15% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR