Sabirabadda tikinti materialları mağazası yanıb

Sabirabadda tikinti materialları mağazası yanıb
# 12 mart 2016 06:49 (UTC +04:00)

Bakı - APA. Sabirabad rayonunun Quruzma kəndində vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan tikinti materialları satış mağazasının yanar konstruksiyaları və içərisində olan tikinti malları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, mağazaya bitişik sahəsi ərzaq mağazası, avtomobil təmiri sexi və 1 ədəd bankomat aparatı yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR