Avropa İttifaqı Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyanın müddətini uzadıb

Avropa İttifaqı Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyanın müddətini uzadıb
# 12 mart 2016 04:19 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyanın müddətini 2016-cı il, sentyabrın 15-dək uzadılmasına dair qərar qəbul edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sanksiya Rusiya və Ukrayna vətəndaşı olan 146 fiziki və 37 hüquqi şəxsə tətbiq edilib.

Bildirilir ki, vəfat etmələri səbəbindən “qara siyahıdan” 3 nəfərin adı silinib. Bunlar Krımın İctimai palatasının üzvü Yuriy Jerebtsov, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) direktoru, general İqor Serqun və qondarma Luqansk xalq respublikasının nümayəndəsi Pavel Dremovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR