APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qovlar şəhəri ərazisində, Nizami küçəsində küçə ticarəti ilə məşğul olan 61 yaşlı Almaz Hüseynova Köhnə Qala kənd sakini, 1990-cı il təvəllüdlü Elgün Həsənovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə vurulub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.