Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub

Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub
# 21 oktyabr 2015 08:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı mayın 1-də Albalılıq yaşayış massivində yerləşən, Bakı şəhər sakini Oqtay Cabbarova məxsus mağazadan, plastik qapını sındırmaqla 120 manat, mobil telefon, ərzaq və tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 2000-ci il təvəllüdlü Əli Həsənov, 1989-cu il təvəllüdlü Rafiq Həsənov və 1991-ci il təvəllüdlü Ceyhun Əlizadə tutulub.

Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı oktyabrın 2-də Ə.Məmmədov küçəsində yaşayan Araz Əlicanovun evindən 65 manat, mobil telefon və qızıl üzük oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini, 1982-ci il təvəllüdlü Anar Əliyev tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR