Dörd gün əvvəl Kürdə batan 13 yaşlı uşağın meyiti tapılıb

Dörd gün əvvəl Kürdə batan 13 yaşlı uşağın meyiti tapılıb
# 28 sentyabr 2015 08:01 (UTC +04:00)

Bakı. Hafiz Herydərov – APA. Kür çayında batan 13 yaşlı uşağın meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 24-də Kür çayının Sabirabad rayonu, Ulucanlı kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə) batan 2002-ci il təvəllüdlü Telman Seyran oğlu Əhmədlinin axtarışları başa çatıb. T.Əhmədlinin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 10 km aralıda, Hacıqabul rayonu Abdulabad kəndi ərazisində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR