GÜNÜN ŞƏRHİ
Yaxın Şərqdə türkmən faktoru getdikcə daha çox ön plana çıxır. Suriya və İraqın, ümumiyyətlə Ortadoğunun xəritəsi gec-tez yenidən cızılacaq, bu, qaçılmazdır. Və bu xəritədə türkmənlərin yeri az da olsa qarantiyadır. ABŞ Dövlət Departamentinin türkmənlərə özünümüdafiə hüququ tanımasından sonra bu ehtimal daha da artıb. Ehtimalın gerçəkləşməsi xarici faktorlarla yanaşı, türkmənlərin özündən də asılı olacaq. Bu indiki mərhələdə türkmənlərin hərbi gücündən, sonrakı mərhələdə isə təşkilatlanma səviyyəsindən asılı olacaq. Suriya türkmənlərinin az sayda da olsa, təşkilat və birlikləri var, lakin Suriya Türkmən Cəbhəsi, Suriya Türkmən Məclisi və digər təşkilatlar həm bütün türkmənləri əhatə edə bilmir, həm də bu etnosun gələcəyi ilə bağlı vahid fikrə sahib deyillər. Suriya türkmənləri artıq öz talelərini özləri həll edə bilər, belə bir şansa sahibdirlər, Yaxın Şərqin gələcək xəritəsində Suriya türkmənlərinin yeri bu şansı dəyərləndirməkdən asılı olacaq.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Noyabr
27 noyabr 2015 17:14 (UTC +04:00)
Hadisə
Bakıda gənc qızı avtomobil vurub
02:22
3 may 2024
Bakıda avtomobil qadını vuraraq ağır vəziyyətə salıb
01:17
3 may 2024
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB
20:22
2 may 2024
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024