Deputatlığa namizəd Adil Əliyev görüşlərini davam etdirir - FOTOSESSİYA

Deputatlığa namizəd Adil Əliyev görüşlərini davam etdirir - <span style="color: red;">FOTOSESSİYA
# 17 oktyabr 2015 18:04 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Milli Məclisinə 20 saylı Nərimanov II Seçi Dairəsindən millət vəkilliyinə namizəd Adil Əliyevin seçicilərlə görüşlərini davam etdirir.

APA-nın məlumatına görə, namizəd bu gün Azərbaycan Kooperasiya Universitetinin qarşısında seçiciləri ilə görüş keçirib. Görüşdə seçki qərargahının üzvləri, rayon ağsaqqalları, rayon ictimaiyyəti nümayəndələri, Əfqanıstan və Qarabağ veteranları iştirak ediblər.

Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev, Ağsaqqal Şurasının özək sədri Zakir Rzayev, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu Xeyrəddin Qoca, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Rasim Məmmədov çıxış edərək Adil Əliyevə dəstək verəcəyini bəyan ediblər.

Adil Əliyev çıxışında seçki təbliğatının uğurla aparıldığını və qələbə qazanacağına əmin olduğunu vurğulayıb:

“Hazırda ictimaiyyət və seçicilər tərəfindən böyük dəstək görürəm. Seçicilərim məni üçüncü dəfə parlamentdə görmək istəyirlər. İnanıram ki, onların etimadını hər zaman olduğu kimi bu dəfə də doğruldacam”.

Namizəd Azərbaycanın qazandığı uğurlarından da söz açıb.

“Azərbaycan beynəlxalq tədbirlərin və yarışların mərkəzinə çevrilib. Ölkəmiz dünyada tanınır. Bu isə bizi istəməyən qüvvələrin maraqlarına sərf etmir”, deyə A.Əliyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR