İsmayıllıda yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb

İsmayıllıda yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb
# 24 mart 2016 22:16 (UTC +04:00)

Bakı-APA. İsmayıllıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı şəhərində “Toyota” və “VAZ” markalı 2 minik avtomobili toqquşub. Nəticədə, “VAZ” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

FHN-nin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR