Səhiyyə naziri psixoloqların tibb müəssisələrində fəaliyyəti barədə əmr imzalayıb

Səhiyyə naziri psixoloqların tibb müəssisələrində fəaliyyəti barədə əmr imzalayıb
# 22 oktyabr 2015 13:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə naziri Oqtay Şirəliyev psixoloqların tibb müəssisələrində fəaliyyəti barədə əmr imzalayıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verilib.

L. Bayramova bildirib ki, əmr ölkədə psixi sağlamlıq xidmətinin gücləndirilməsi ilə əlaqədar ixtisaslaşdırılmış tibb müəssisələrinə müraciət edən xəstələrin psixoloji müayinədən keçirilməsi, o cümlədən emosional və davranış problemlərinin aşkar edilməsi, psixoterapevtik üsullar vasitəsi ilə psixi sağlamlığın bərpa olunması və maarifləndirmə yolu ilə psixi pozuntuların qarşısının alınması məqsədilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR