Dünya kuboku Bakı-2015: Azərbaycan şahmatçısı 1/16 finala vəsiqə qazanıb

Dünya kuboku Bakı-2015: Azərbaycan şahmatçısı 1/16 finala vəsiqə qazanıb
# 15 sentyabr 2015 19:06 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, yarışda bu gün 1/32 final mərhələsinin ikinci görüşləri keçirilib.

Bu qarşılaşmalar Azərbaycan millisi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki “qaralar”la heç-heçə edən Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov heç-heçə oynayaraq tay-brekdə qüvvələrini sınayacaqlar . Həmyerlilərimizdən Qədir Hüseynov “heç-heçə” edərək, 1/16 finala vəsiqəni rəsmiləşdirib, Rauf Məmmədov bu gün də heç-heçə etməklə mübarizəni dayandırıb.

Dünya Kuboku

1/32 final, ikinci oyunlar

Teymur Rəcəbov (Azərbaycan) – İlya Smirin (İsrail) - 0,5:0,5

İlk oyun: 0,5:0,5

David Navara (Çexiya) – Qədir Hüseynov (Azərbaycan) - 0,5:0,5

İlk oyun: 0:1

Fabiano Karuana (ABŞ) – Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5

İlk oyun: 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Yifan Hou (Çin) - 0,5:0,5

İlk oyun: 0,5:0,5

Qeyd edək ki, Eltac Səfərli və Vasif Durarbəyli ilk mərhələdə mübarizəni dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR