IV Qlobal Bakı Forumunun təqdimatı olub

IV Qlobal Bakı Forumunun təqdimatı olub
# 16 fevral 2016 14:32 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təqdimat mərasimində Avropa İttifaqı, Almaniya, Avstriya, Argentina, İtaliya, İsrail, Niderland, Norveç, İsveçrə, İspaniya və Bolqarıstanın fövqaladə və səlahiyyətli səfirləri və işlər vəkilləri iştirak edib.

Həmçinin, Polşa, Portuqaliya, Əfqanıstan, Belçika, Bolqarıstan, Xorvatiya, Misir, Gürcüstan, İordaniya, Qırğızıstan, Latviya, Moldova, Meksika, Pakistan, Rumınya, Rusiya,Səudiyyə Ərəbistanın səfirləri və işlər vəkilləri də təqdimata qatılıb. Təqdimat zamanı səlahiyyətli səfirlərlə mart ayının 10-11-i tarixində Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunda ölkə rəhbərlərinin iştirakı, Forumun əhəmiyyəti və gündəliyinə dair məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb. IV Qlobal Bakı Forumunda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-dən çox nümayəndənin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR