Azərbaycan prezidenti Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavinini qəbul edib

Azərbaycan prezidenti Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavinini qəbul edib
# 12 aprel 2016 13:34 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini Seri Ronald Kiandeeni qəbul edib.

APA-nın məlumatına görə, Malayziya parlamentində yaradılmış Azərbaycan ilə dostluq qrupu haqqında məlumat verən S. Kiandee Bakıya ilk dəfədir səfər etdiklərini bildirib, 8 deputatdan ibarət Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətinin ölkələrimizin qanunverici orqanları arasında mövcud əlaqələrin inkişafındakı rolundan danışıb.

Qonaq azərbaycanlı həmkarları ilə qarşılıqlı səfərlərinin önəmini qeyd edib. Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu deyən S. Kiandee Malayziyanın “Petronas” şirkətinin ölkəmizdəki fəaliyyətini əlaqələrimizin yaxşı nümunəsi kimi dəyərləndirib.

Prezident İlham Əliyev isə Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfərini və keçirdikləri görüşlər zamanı aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb. Azərbaycanla Malayziya arasında əlaqələrin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyini vurğulayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, turizm və digər sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu bildirib. Malayziyanın “Petronas” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyni deyən dövlət başçısı şirkətin ölkəmizdə mühüm layihələrdən birində böyük paya sahib olduğunu qeyd edib. Azərbaycan və Malayziyanın dost ölkələr olduğunu bildirən prezident İlham Əliyev hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğulayıb. Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan dövlət başçısı Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavininin Bakıya səfərinin iki ölkənin parlament nümayəndələri arasında daha fəal qarşılıqlı əməkdaşlıq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR