Moskva Prokurorluğu “Butırskaya” həbsxanasında Azərbaycan vətəndaşının intiharı ilə əlaqədar yoxlamalar keçirib

Moskva Prokurorluğu “Butırskaya” həbsxanasında Azərbaycan vətəndaşının intiharı ilə əlaqədar yoxlamalar keçirib
# 16 mart 2016 03:38 (UTC +04:00)

Bakı-APA. Rusiya prokurorluğu Azərbaycan vətəndaşının intiharından sonra Moskvanın “Butırskaya” həbsxanasında yoxlamalar keçirib; 7 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunub. APA-nın xəbərinə görə, bu barədə “TASS”a Rusiya Baş Prokurorluğundan bildirilib.

Məlumata görə, Moskva Prokurorluğu bir neçə cinayət əməlində təqsirləndirilən Azərbaycanın 50 yaşlı vətəndaşının intiharı ilə əlaqədar araşdırma aparıb.

“Müəyyən olunub ki, Azərbaycan vətəndaşı həbsdə saxlanılan zaman RF-in cinayət törətməkdə şübhəli və təqsirli bilinən şəxslərin həbsdə saxlanılmasına dair müvafiq qanunlarının və qaydalarının tələbləri ciddi şəkildə pozulub. Yoxlamanın nəticələrinə əsasən prokurorluq həbsxananın rəisinə aşkarlanmış nöqsanların aradan qaldırılmasına və təqsirli şəxslərin cəzalandırılmasına dair əmrnamə verib. Əmrnamə icra olunub”, - deyə məlumatda bildirilir.

Prokurorluğun tələbləri tam həcmdə icra olunub, istintaq təcridxanasının 7 vəzifəli şəxsi ciddi intizam məsuliyyətinə cəlb olunub, onlardan dördünün barəsində xidməti uyğunsuzluq barədə xəbərdarlıq elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR