Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən 3 hadisəyə görə kompensasiya ödənişi verilib.
İSB-dən “APA-Economics”ə verilən məlumata görə, 27 mart 2013-cü il tarixdə saat 20 radələrində Bərdə-Ağdam yolunun 6-cı km-də baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 3300 manat məbləğində kompensasiya ödənişi verilib.
Bundan başqa, İSB tərəfindən 31 dekabr 2013-cü il tarixdə saat 19 radələrində Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən 36,5-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5000 manat məbləğində kompensasiya verilib.
Büro 19 mart 2015-ci il tarixdə saat 14-40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Qarzbucaq kəndi ərazisindən keçən 207-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5000 manat məbləğində kompensasiya verilib.