AMEA-da Vahid Elektron Kataloq yaradılacaq

AMEA-da Vahid Elektron Kataloq yaradılacaq
# 29 iyul 2016 08:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “AMEA-da elektron elmi-intellektual bazanın yaradılması” mövzusunda keçirilən konfransın nəticələrinə əsasən Vahid Qeydiyyat Sisteminin (VQS) tətbiqi ilə akademiyanın institut və müəssisələrinin Vahid Elektron Kataloqunun yaradılması zərurəti yaranıb. AMEA-dan APA-ya verilən xəbərə görə, bu ilin mart-aprel aylarında MEK-in əməkdaşları tərəfindən Vahid Qeydiyyat Sistemi (VQS) hazırlanıb istifadəyə verilib.

AMEA-nın institut və müəssisələrində VQS-nin tətbiqi ilə bağlı təlim-məşğələ keçirilib. Təlimdə VQS-nin təqdimatı, onun tətbiqi ilə əlaqədar çətinliklər və tələblər, eləcə də VQS-in hər müəssisə üçün ayrı-ayrılıqda MEK-də təlimat cədvəli razılaşdırlıb. Həmçinin növbəti müddətdə AMEA-nın bütün təşkilat və müəssisələrinin kitabxana və fondları üçün MEK-də iş yerlərində həmin sistemin tətbiqi ilə bağlı məşğələlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR