Tovuzda köşkdən oğurluq edilib

 Tovuzda köşkdən oğurluq edilib
# 21 oktyabr 2015 12:55 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda oğurluq faktı baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində Sabir küçəsində yerləşən köşkdə qeydə alınıb. Gecə saatlarında rayon sakini Diləfruz Məmmədova məxsus köşkü yaran şəxs və ya şəxslər oradan 30 manata kimi qəpik pul və 100 manat dəyərində tütün və digər mallar oğurlayıblar.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR