İrəvanda polis binasını ələ keçirmiş silahlı qrupun lideri aclıq elan edib

İrəvanda polis binasını ələ keçirmiş silahlı qrupun lideri aclıq elan edib
# 27 iyul 2016 21:55 (UTC +04:00)

Bakı-APA. İrəvanda polis binasını ələ keçirmiş silahlı qrupun lideri Pavel Manukyan aclıq elan edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili İnessa Petrosyan bildirib.

“Pavel Manukyan bu gündən aclıq elan edib”, deyə Petrosyan jurnalistlərə deyib.

Ötən gecə polis alayı binasının həyətində atışma baş verib, nəticədə silahlı qrupun üzvləri Pavel Manukyan və onun oğlu Aram yaralanaraq xəstəxanaya gətiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR