Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda dənizdə batmış şəxsin meyiti tapılıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, bu gün Bakı şəhərinin Suraxanı rayonunda dənizdə batmış 1959-cu il təvəllüdlü Əliyev İntiqam Həbib oğlunun cəsədi (batdığı yerdən 1000 metr aralıda) Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.