Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşüb

Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşüb
# 15 may 2016 10:27 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli ilə görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Z.Həsənov ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyətini vurğulayıb.

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının yüksək templə inkişaf etdiyini bildirən müdafiə naziri bu əlaqələrin daimi olacağını qeyd edib. Qəbələ şəhərinə ilk dəfə səfərindən məmnunluğunu ifadə edən Gürcüstanın müdafiə naziri yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR