Bakı və Abşeron rayonunun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

Bakı və Abşeron rayonunun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır
# 01 fevral 2016 14:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Fevralın 2-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Digah” və “Alatava” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Digah, Fatmai və Məhəmmədi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR