Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 10 mart 2016 23:12 (UTC +04:00)

Bakı-APA. Avropa Liqasında (AL) 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu mərhələnin bütün qarşılaşmaları eyni gündə baş tutub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbaxça” öz meydanında “Braqa” ilə oynayıb. Azərbaycanlı futbolsevərlərin də yaxından izlədiyi qarşılaşma İstanbul klubunun minimalhesablı qələbəsi ilə başa çatıb. Mehmet Topalın 83-cü dəqiqədə vurduğu qol matçda yeganə olub. “Sarı bülbüllər” Portuqaliyaya bir qolun verdiyi üstünlüklə yollanacaqlar.

Dortmundda yerli “Borussiya” “Tottenhem”lə qarşılaşıb. Futbol ictimaiyyəti tərəfindən "erkən final" kimi xarakterizə olunan görüş maraqlı mübarizə şəraitində keçib. Türk hakim Cüneyt Çakırın idarə etdiyi matçda meydan sahibləri ingilisləri darmadağına “qonaq” ediblər. “Sarı-qaralar” 3 cavabsız qolla qalib gələrək, növbəti tur üçün böyük üstünlük qazanıblar.

Daha bir “erkən final” isə Liverpulda baş tutub. Yerli komanda “Mançester Yunayted”i qəbul edib. Yürgen Kloppun yetirmələri doğma meydanda "şeytanın qıçını qırıblar". Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İspaniya derbisi də gərginliyinə görə digər iki qarşılaşmadan geri qalmayıb. “Atletik”lə “Valensiya” arasındakı ilk mübarizənin taleyini bir qol həll edib. Bilbaolular səfərə minimalhesablı üstünlüklə yollanacaqlar.

Avropa Liqası

1/8 final mərhələsi, ilk oyunlar

10 mart

“Bazel” (İsveçrə) – “Sevilya” (İspaniya) - 0:0

Baş hakim: Antoni Teylor (İngiltərə)

“Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:0

Qollar: Obameyanq, 30, Roys, 62, 70

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

“Fənərbaxça” (Türkiyə) – “Braqa” (Portuqaliya) - 1:0

Qol: Mehmet Topal, 83

Baş hakim: Klemen Turpin (Fransa)

“Şaxtyor” (Ukrayna) – “Anderlext” (Belçika) - 3:1

Qollar: Tayson, 21, Kuçer, 24, Alves, 79 - Aşemponq, 68

Baş hakim: Artur Dias (Portuqaliya)

“Atletik” (İspaniya) – “Valensiya” (İspaniya) - 1:0

Qol: Qarsia, 20

Baş hakim: Byörn Kuypers (Hollandiya)

“Liverpul” (İngiltərə) – “Mançester Yunayted” (İngiltərə) - 2:0

Qollar: Staric, 20, Firimino, 74

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

“Sparta” (Çexiya) – “Latsio” (İtaliya) - 1:1

Qollar: Fridek, 13 - Parolo, 38

Baş hakim: Alberto Undiano Malyenka (İspaniya)

“Vilyareal” (İspaniya) – “Bayer” (Almaniya) - 2:0

Qollar: Bakambu, 4, 56

Baş hakim: Canluka Rokki (İtaliya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR