Zərdabda referendumla bağlı hazırlıq işləri başa çatıb

Zərdabda referendumla bağlı hazırlıq işləri başa çatıb
# 24 sentyabr 2016 11:12 (UTC +04:00)

Zərdab. Zahid Abışov-APA. Bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlı Zərdab rayonunda hazırlıq işləri başa çatıb.

92 saylı Zərdab-Ucar Dairə Seçki Komissiyasının sədri Mehdi İsmayılovun APA-nın yerli bürosuna bildirdiyinə görə, dairəyə aid olan 48 seçki məntəqəsinin hər birində təlimata uyğun tədbirlər görülüb.

Seçki məntəqlərindən 8-də veb-kamera quraşdırılıb

"Hazırda referendumda səhhəti ilə bağlı iştirak edə bilməyən şəxslərin yazılı və şifahi müraciətləri qəbul olunur. Biz o müraciətlər əsasında bu şəxslərin olduqları ünvanda seçki hüququndan istifadə etmələrinə şərait yaradacağıq" deyə M. İsmayılov bildirib.

Qeyd edək ki, 92 saylı Zərdab-Ucar seçki dairəsində 41 066 nəfər seçici var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR