Tərcümə Mərkəzi Çe Gevaranın “Boliviya gündəliyi” kitabını nəşr edib

Tərcümə Mərkəzi Çe Gevaranın “Boliviya gündəliyi” kitabını nəşr edib
# 10 noyabr 2015 15:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Ernesto Çe Gevaranın “Boliviya gündəliyi” kitabını nəşr edib.

Mərkəzdən APA-ya verilən məlumata görə, kitab “Tərcümə Mərkəzinin kitabları” seriyasından işıq üzü görüb.

Nəşr Kuba azadlıq inqilabının simvolu, XX əsrin əfsanəsi Çe Gevaranın yarımçıq qalmış ömründən, keşməkeşli həyat yolunun son on bir ayından – inqilabçının və onun silahdaşlarının Boliviyanın azadlığı uğrunda apardıqları ölüm-dirim savaşlarından bəhs edir.

Əsəri dilimizə Rövşən Ramizoğlu tərcümə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR