Azad Rəhimov Goranboyda vətəndaşları qəbul edib - FOTO

Azad Rəhimov Goranboyda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 06 noyabr 2015 10:15 (UTC +04:00)

Bakı - APA. Bu gün gənclər və idman naziri Azad Rəhimov Goranboy rayonunda Gəncə, Naftalan şəhərləri, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir və Tovuz rayon sakinlərini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutan qəbulda ümumilikdə 40-a yaxın vətəndaş iştirak edib.

Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, ipoteka kreditlərinin verilməsi, iş ilə təminatla bağlı olub. Gənclər sahəsi üzrə edilən 10-a yaxın müraciət QHT-lərin yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti ilə bağlı olub. İdman sahəsində 15-dən artıq müraciət olub ki, onların da sırasında idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması ilə bağlı olub. Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamətindədir. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR