Türkiyədə terrorçuların hücumu nəticəsində 2 polis şəhid olub

Türkiyədə terrorçuların hücumu nəticəsində 2 polis şəhid olub
# 15 dekabr 2015 15:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün günorta saatlarında Türkiyənin Diyarbəkir vilayətinin Silvan rayonu ərazisində PKK terrorçuları polisə hücum edib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə Diyarbəkir-Silvan magistralında baş verib. PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcı maddə zirehli polis maşını keçən zaman uzaqdan idarə olunan pultla işə salınıb. Nəticədə maşında olan 5 polis əməkdaşı yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, yaralılardan ikisi dünyasını dəyişib. Digər 3 yaralının müalicəsi davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR