“Azərbaycanfilm” kinostudiyası şəhid rejissorun adına mükafat təsis edib

“Azərbaycanfilm” kinostudiyası şəhid rejissorun adına mükafat təsis edib
# 11 dekabr 2015 10:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası şəhid rejissor Vaqif Əhmədovun adına təqaüd təsis edib.

Kinostudiyadan APA-ya verilən məlumata görə, təqaüd Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə əməkdaşlığı haqqında niyyət protokolu çərçivəsində təsis olunub.

Təşəbbüsün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.

Təqaüdçülərin adlarını təqdim etmək ADMİU Elmi Şurasına həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR