Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlinə dəyişikliklər edilir

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlinə dəyişikliklər edilir
# 18 sentyabr 2015 10:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Sentyabrın 19 və 20-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bəzi dəyişikliklər ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə Bakı-Sumqayıt dəmir yolu sahəsində bəzi tamamlama işləri aparılacaq.

Bu səbəbdən Sentyabrın 19 və 20-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bəzi dəyişikliklər ediləcək. Sentyabrın 19 və 20-də Bakıdan sərnişin stansiyasından saat 05:30, 07:50, 17:25 və 18:25-də, Sumqayıt sərnişin stansiyasından 07:10: 07:55, 17:10 və 19:30-da yola düşən elektrik qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Həmin günlər elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:10, 06:50, 16:00, və 19. 25-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 09:00, 18:30 və 20:30-da yola düşəcək. Təmir işləri başa çatandan sonra qatarlar əvvəlki cədvələ uyğun olaraq hərəkət edəcək. Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR