ABŞ-da məktəb avtobusu aşıb

ABŞ-da məktəb avtobusu aşıb
# 24 sentyabr 2016 00:15 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatında məktəbliləri daşıyan avtobus aşıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

Polisin məlumatlarına əsasən, hadisə zamanı avtobusda 50 sərnişin olub. İlkin ehtimala görə, avtobus sürücüsünün digər avtomobillə toqquşmamaq üçün etdiyi manevr uğursuzluqla nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR