Əsəd: "ABŞ-dan hər şey gözləmək mümkündür"

Əsəd: "ABŞ-dan hər şey gözləmək mümkündür"
# 07 oktyabr 2016 00:18 (UTC +04:00)

Bakı-APA. "Rəsmi Vaşinqtonın Suriya daxilində Rusiya ilə bilavasitə toqquşmaya yol verməmək üçün effektiv addımlar atacağına bir o qədər də inanmıram". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Suriya prezidenti Bəşər Əsəd səsləndirib.

O, eyni zamanda Rusiyanın ABŞ-la münasibətlərinin toqquşma həddinə çatmaması üçün müəyyən addımlar atdığına inandığını da bildirib. Bəşər Əsəd həmçinin hazırda Suriya daxilindəki vəziyyətin idarəolunmaz məcrada inkişaf etdiyini və Karib böhranını istisna olmaqla, İkinci Dünya müharibəsindən sonra böyük dövlətlər arasında hər hansı gərginliyin yaşanmadığını vurğulayıb.

"Hazırda isə vəziyyət bir qədər fərqlidir. ABŞ-ı artıq güclü dövlət rəhbərləri idarə etmir. Güclü liderin olmadığı halda isə onlardan hər şey gözləmək mümkündür. Daha doğrusu, hər zaman ancaq xoşagəlməz hadisələr gözləmək lazımdır", - deyə Bəşər Əsəd bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR